5 saylı Neftçala şəhər kitabxana filialı

5 saylı Neftçala şəhər kitabxana filialı
Tədbirlər
9 Avqust , 2019

Bu il Azərbaycanda ilk ümumi açıq milli kitabxananın açılışından 125 il ötür. 1 avqust 1894-cü ildə fəaliyyətə başlamış qiraətxananın əsası Nəriman Nərimanov tərəfindən qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə 9 avqust 2019-cu il tarixində Neftçala rayon MKS-in 5 saylı Neftçala şəhər kitabxanasının işçiləri, kitabxananın fəaliyyəti ilə bağlı İcra Hakimiyyəti başçısı aparatının işçiləri arasında sorğu keçirmişlər. İlk öncə kitabxana filalının müdiri N.Məmmədova mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat vermiş, milli mədəniyyətin yüksəlişində ilk cığırı açan “Nəriman qiraətxanası”nın Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı olduğunu qeyd etmişdir. Sonra oxucularımız, onlara paylanan sorğunu aktiv və səmimi şəkildə cavablandırmışlar. Anar Cəfərov, Burcalı Ağayev, Əliheydər Qarayev, Böyükağa Rəhmanov və Fatimə Qardaşovanın cavabları isə digərlərindən daha ətraflı və dolğun olması ilə seçilirdi.

Foto Qalereya