5 saylı Neftçala şəhər kitabxana filialı

5 saylı Neftçala şəhər kitabxana filialı
Tədbirlər
26 Fevral , 2020

26 fevral 2020-ci il tarixində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Neftçala rayon MKS-in əməkdaşları rayondakı “Xocalı abidəsi” ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuş, həlak olanların ruhuna Allahdan rəhmət diləmişlər. Sonra kitabxanaçılar Neftçala rayon Heydər Əliyev Mərkəzində mövzu ilə əlaqədar təşkil olunmuş “Bizi intiqama çağırır Vətən” adlı tədbirdə iştirak etmişlər. Tədbirin təşkilində Neftçala rayon MKS-in 5 saylı Neftçala şəhər kitabxanasının müdiri N.Məmmədova yaxından iştirak etmişdir. Burada rayon aktyorları bədii kompozisiya ilə çıxış etmiş, müğənni S.Ruqiyyev “Qarabağ şikəstəsi”ni səsləndirmişdir. Sonda iştirakçılar faciə çərçivəsində sərgilənən rəsm əsərləri və kitablarla tanış olmuşlar. Onu da qeyd edək ki, Neftçala rayon MKS-in 5 saylı Neftçala şəhər kitabxanası Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “28 il Xocalısız...” adlı tövsiyə-biblioqrafik vəsait hazırlamışdır. 

Foto Qalereya