2 saylı Bankə qəsəbə kitabxana filialı

2 saylı Bankə qəsəbə kitabxana filialı
Dağlıq Qarabağ münaqişəsi
1 Sentyabr , 2015

1964-cü ildə Bankə qəsəbəsində dünyaya göz açmışdır. Hələ qəsəbə orta məktəbində oxuduğu illərdə parta yoldaşlarının və müəllimlərinin dərin hörmətini qazanmışdır. Balıq kombinatında balıqovlayan gəmilərin birində işləyirdi... 1990-cı ildə erməni işğalçıları tərəfindən ölkəmizə qarşı elan olunmamış müharibədə Əfsər də yaşıdları kimi silaha sarılıb yağı dümənə qarşı ölüm-dirim müharibəsinə atıldı. O, Allahverdi Bağırovun dəstəsində bir neçə qanlı döyüşdən qalib kimi çıxdı. Döyüş yoldaşları və komandirləri onunla fəxr edirdilər. Əfsər bu etimadı öz igidliyi, mərdliyi və torpağa bağlılığı ilə qazanmışdı. Amma sən demə, ölüm onu qarabaqara izləyirmiş... Ağdərə döyüşlərində ağır yaralandı. Özünü düşmən gülləsindən qoruya bilmədi. Axı, bir də necə qoruya bilərdi? Həmişə öndə gedirdi... Bakıya gətirdilər. Dərin yaralar özünü göstərdi. Bir neçə gündən sonra - 1992-ci il martın 11-də xəstəxanada əbədiyyətə qovuşdu. Rahat yat, Əfsər! Qəbrin nurla dolsun! İşğal olunmuş torpaqlarımız düşmən tapdığından təmizlənəndə sən də qalib kimi birincilər sırasında dayanacaqsan. O gün uzaqda deyil!