33 saylı Çaparlı kənd kitabxana filialı

33 saylı Çaparlı kənd kitabxana filialı
Tədbirlər
27 Mart , 2017
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.33 saylı Çaparlı kənd kiotabxana filialının müdiri Polad Cavadov bildirdi ki,soyqırım bizim rayondan da yan keçməyib.Erməni millətçiləri rayonun Gəgəli,Bico ,Qəşəd və Kalva kəndlərində əhaliyə divan tutmuş,dinc əhalini qətlə yetirmişlər.Çaparlı kənd klubunun müdiri Davud Rəhimov və kənd sakini Zakir Hüseynov tədbir iştirakçılarının diqqətinə çatdırdılar ki,mərhum prezidentimiz ,ümummilli lider Heydər Əliyevin təşəbbüsünə əsasən 1988-ci ildən 31 Mart- azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.Xalqımız erməni faşizminin bu qəddarlığını heç zaman unutmayacaq .Sonda belə bir fikir səsləndirildi ki,tarix erməni daşnaqlarının bu zülmünü cavabsız qoymayacaqdır.