S.Vurğun adına şəhər 1 saylı filial

S.Vurğun adına şəhər 1 saylı filial
Tədbirlər
25 Fevral , 2020

25.02.2020-ci il tarixdə Şəki şəhər 1 li kitabxana işçiləri Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya keçirdilər. Tədbir 1 №li məktəbdə təşkil edilmişdi. Tədbirdə məktəblilər və müəllim heyyəti iştirak edirdi. Tədbir Azərbaycanın dövlət himni ilə başladı. Sonra məktəblilərin ifasında vətənə, Xocalıya, Qarabağa aid şeirlər, mahnılar səsləndirildi. Kitabxananın fəal oxucusu  və tarix müəllimi Rəhimov Binyamin Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verdi. Tədbir boyu tarixi faktlar, fotolar iştirakçılara göstərildi. Tədbirin sonunda “Xocalı faciəsi” rəsm müsabiqəsində fərqlənən məktəbli oxucular fəxri diplomlarla mükafatlandırıldılar. Xatirə şəkilləri çəkdirildi.

Foto Qalereya