N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
16 Oktyabr , 2019

2019-cu ilin oktyabr ayının 16-da Nizami Gəncəvi adına 5 №-li kitabxana filialı 18 №-li tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə “Azərbaycanı xoşbəxt gələcəyə aparan Lider” adlı mühazirə keçirdi. Tədbiri giriş sözü ilə 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə açıq elan etdi. Şəki şəhər 18 №-li tam orta məktəbin şagirdləri Azərbaycan Respublikasının himnini əzbərdən söylədilər. Sonra 18 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Salamova Sevda “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” adlı mühazirə oxudu.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 26 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi.

Şəki şəhər 18 №-li tam orta məktəbin şagirdləri Eyvazlı Xədicə “Azərbaycan”, Məmmədli Duyğu “Ulu Öndər”, Məmmədli Məhəmmədnuru “Azərbaycan, Azərbaycan”, Nəcəfova Nəzrin “MüstəqilAzərbaycan” adlı şeirlər söylədilər.

      Sonda “Əbədiyaşar dahi Heydər Əliyev” adlı sərgiyə baxış oldu. 

Foto Qalereya