N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
30 Oktyabr , 2019

2019-cu ilin oktyabr ayının 30-da Nizami Gəncəvi adına 5 №-li kitabxana filialı Şəki şəhər 18 №-li tam orta məktəbdə Uşaq Hüquqları aylığı çərçivəsində “Mənim hüquq və vəzifələrim” adlı sual-cavab gecəsi keçirdi. Tədbirin keçirilməsində Şəki şəhər 18 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Mustafayeva Gülüstan xanım yaxından köməklik göstərdi. Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə Ümumdünya Uşaqlar Günü haqqında məlumat verdi. Şəki şəhər 18 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Mustafayeva Gülüstan xanım “Uşaqların hüquqları” adlı mühazirə söylədi.

BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə etmişdir. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunmuşdur.

Uşaqlar üçün bəyan edilmiş hüquqlar 4 qrupa bölünür:

Yaşamaq hüququ - uşaqların yaşamaq hüququnu və yaşamaq üçün zəruri olan tələbatlarını əhatə edir.

İnkişaf hüququ - uşaqların ehtiyacları olduğu hüquq və azdlıqlardan ibarətdir.

Müdafiə hüququ - uşağın pis rəftardan, hörmətsizlikdən, istismardan müdafiəsini təşkil edir.

İştirak etmək hüququ - uşaqlara öz cəmiyyət və təşkilatlarında iştirak etməyə, birləşməyə imkan verir.

Şəki şəhər 18 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Mustafayeva Gülüstan xanım şagirdlərə uşaq hüquqları haqqında suallar verdi. Sual-cavab gecəsində şagirdlər fəal iştirak etdilər. Uşaqlar Gününə həsr olunmuş şeirlər söylədilər. Sonda həmin sinfin müəllim və şagirdləri ilə birlikdə şəkil çəkdirdik.

Foto Qalereya