N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
29 Oktyabr , 2019

2019-cu ilin oktyabr ayının 29-da Nizami Gəncəvi adına 5 №-li kitabxana filialıŞəki Dövlət Regional kollecində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı poeziya günü keçirildi. Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə açdı. Sonra Şəki Dövlət Regional kollecinin müəllimi Həmidova Ülkər xanımböyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında oxuculara məlumat verdi.

     Böyük Azərbaycan şairi İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalaraq bədii söz sənətinin qiymətli incilərini yaradıb. Ana dilində şeirin yeni məzmun və bədii lövhələrlə zənginləşməsində mütəfəkkir şairin misilsiz xidmətləri var. Prezident İlham Əliyev “Böyük Azərbaycan şairiİmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında sərəncam qəbul etmişdir. Böyük Azərbaycan şairi İmadəddin Nəsimi Azərbaycan poeziyasında divan janırının atası sayılır. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət divan yaradıb. Şairin bir çox qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.

Şəki Dövlət Regional kollecinin tələbələri Xəlilova Aysel, Paşayeva Vəfa, Ələsgərli Validə, Haqverdiyeva Sevil, Hacıyeva Ramilə, Səlimova Günel böyük Azərbaycan şairiİmadəddin Nəsiminin qəzəllərini oxudular. Sonda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgiyə baxış oldu. 

Foto Qalereya