N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
20 Noyabr , 2019

2019-cu ilin noyabr ayının 20-də Nizami Gəncəvi adına 5 №-li kitabxana filialında kitabxanamızın fəal oxucusu, həvəskar rəssam Səfərli Türkan Məmmədrahim qızının fərdi sərgisi keçirildi. Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə açdı. Sonra Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının kitabxanaçısı Məmmədəliyeva Minivər kitabxanamızın fəal oxucusu, həvəskar rəssam Səfərli Türkan haqqında məlumat verdi.

Səfərli Türkan Məmmədrahim qızı 1995-ci il iyun ayının 13-də Şəki şəhərində anadan olmuşdur.

2001-ci ildə Şəki şəhər 1 №-li tam orta məktəbə gedib. 2005-ci ildən təhsiliniŞəki şəhər2 №-li tam orta məktəbdə davam etdirib. 2011-ci ildə həmin məktəbin məzunu olub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Xarici dil (İngilis dili) müəllimliyi ixtisasına daxil olmuşdur. 2016-cı ildə həmin Universiteti bitirmişdir. 2018-ci ildən Şəki şəhər Aşağı Şabalıd kənd ümumi orta məktəbində İngilis dili müəllimi işləyib. Hal-hazırda Şəki şəhər Köndələn kənd tam orta məktəbində İngilis dili müəllimi işləyir. Boş vaxtlarında rəsm çəkməyi xoşlayır. Bir çox rəssamların rəsmləri ilə internetdən tanış olub.

     Sonda kitabxanamızın fəal oxucusu, həvəskar rəssam Səfərli Türkan Məmmədrahim qızı çəkdiyi rəsmlər haqqında oxuculara məlumat verdi və sərgiyə baxış oldu.  

Foto Qalereya