N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
10 Dekabr , 2019

2019-cu ilin dekabr ayının 10-da Nizami gəncəvi adına 5 №-li kitabxana filialı Şəki şəhər 18 №-li tam orta məktəbdə Ümummilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Lider” adlı anım günü keçirdi. Tədbiri giriş sözü ilə Nizami gəncəvi adına 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə açıq elan etdi. Sonra sözü Şəki şəhər 18 №-li tam orta məktəbin müəllimi Abdullayeva Aynur xanıma verdi. O, “Azərbaycan Dövlətinin Memarı” mövzusunda çıxış etdi.

1923- cü ilin gözəl bir may günü. Qədim Oğuz diyarı Naxçıvan. Bu gün tamam fərqli bir gündür. 96 il əvvəl mayın 10-da Naxçıvan torpağı sevindi, güldü. Əlirza kişinin bir övladı dünyaya gəldi. Görkəmli beynəlxalq siyasi xadim, tarixi Milli Lider, Türk dünyasının böyük oğlu, Azərbaycan gənclərinin böyük dostu! Hazırda sən həyatda olmasan da sənin xeyirli əməllərini İlham Əliyev davam etdirir. Bu müqəddəs və şərəfli yolda ona həyat və məslək yoldaşı UNESCO-nun və İSESCO-nun xoşməramlı elçisi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dəstəkdir.

Sən tarix oğlusan, canlı tarixin,

Özündə yaşadan Öndər oğlusan.

Heydər dünyasından qalxıb, ucalan,

Qoca çinarımın şah budağısan.  

Bu gün Heydər Əliyevin heykəli Azərbaycan xalqının qəlbindədir. İnanırıq ki, bir gün o heykəl gözəl Qarabağın mərkəzi Şuşada, Təbrizdə ucalacaq. O heykəl bir mayaq kimi yolumuza işıq saçıb bizi qələbədən-qələbəyə aparacaqdır.

     Sonda Şəki şəhər 18 №-li tam orta məktəbin ikinci sinif şagirdləri Vətənə,Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular.  

Foto Qalereya