N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
27 Dekabr , 2019

 

           2019-cu ilin dekabr ayının 27-də Nizami Gəncəvi adına

5 №-li kitabxana filialı Şəki şəhər 21 №-li uşaq bağçası ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə “Yeni İliniz Mübarək” adlı uşaq səhərciyi keçirdi. Tədbirin keçirilməsində uşaq bağçasının böyük qrupunun müəllimi İsmayılzadə Şölə və musiqi müəllimi Mustafayeva Svetlana xanım yaxından köməklik göstərdi. Şəki şəhər 21 №-li uşaq bağçasının müdiri İsmayılova Qəsidə xanım Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il haqqında məlumat verdi.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyev bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” qəbul edildi.

Şəki şəhər 21 №-li uşaq bağçasının uşaqları yeni ilə həsr olunmuş şeirlər söylədilər, yolkanın ətrafında mahnılar oxudular, tapmacalar söylədilər və rəqs etdilər. Yeni il şənliyi uşaqların çox xoşuna gəldi. Sonda 21 №-li uşaq bağçasının müəllimləri və uşaqları ilə birlikdə şəkil çəkdirdik.

 

Foto Qalereya