N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
17 Yanvar , 2020

2020-ci ilin Yanvar ayının 17-də Nizami Gəncəvi adına 5 №-li kitabxana filialı Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 №-li tam orta məktəbdə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar-Azadlığa Gedən Yolun Zirvəsi” adlı anım günü keçirdi. Tədbiri 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə açıq elan etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 №-li tam orta məktəbin şagirdləri Azərbaycan Respublikasının Himnini əzbərdən söylədilər. Sonra Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 №-li tam orta məktəbin müəllimi Nağıyeva Gülşən “Ümumxalq Hüzn Günü” adlı mühazirə oxudu.

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulmasını daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

      Sonra Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 №-li tam orta məktəbin şagirdləri Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, bayatılar, ağılar söylədilər.

      Sonda Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 №-li tam orta məktəbin müəllim və şagirdləri ilə birlikdə şəkil çəkdirdik.  

Foto Qalereya