N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
25 Fevral , 2020

2020-ci ilin fevral ayının 25-də Nizami Gəncəvi adına 5 №-li kitabxana filialı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş “Xocalı, dərdim mənim” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə açıq elan etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdləri Azərbaycan Respublikasının Dövlət Himnini əzbərdən söylədilər. Sonra Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının kitabxanaçısı Məmmədəliyeva Minivər Xocalı Soyqırımı adlı mühazirə oxudu.

Xocalı Soyqırımı xalqımızın tarixində kədərli ən ağrılı səhifə insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biridir. 1992-ci il fevralın 26-sı xalqımız öz taleyinin ən ağır anlarından birini yaşadı. Həmin gün Xocalı erməni hərbi birləşmələri tərəfində yer üzündən silindi. Heç bir zərurət olmadan yüzlərcə dinc sakin tarixdə analoqu olmayan işgəngələrlə öldürüldü. Bəşəriyyətin tərəqqi əsri hesab etdiyi XX ərsin sonlarında baş vermiş hadisə təkcə Azərbaycan xalqına Xocalı xalqımın sağalmaz dərdi deyil bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri idi. O dəhşətli gündən düz 27 il keçir. Lakin o gün baş vermiş faciə xalqımızın yaddaşında ən kədərli hadisə kimi yaşayır, düşmənə qarşı nifrət hisslərini alovlandırır.

      Sonra Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdləri Əhmədli Fidan, Piriverdiyeva Günəş, Nəbizadə Əfsanə, Gülməmmədov Murad, Bayramlı Qəzənfər, Hüseyinov Orxan Vətənə, Şəhidlərə, Xocalıya həsr olunmuş şeirlər söylədilər. Sonda Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllim və şagirdləri ilə birlikdə xatirə şəkli çəkdirdik.

Foto Qalereya