N.Gəncəvi adına şəhər 5 saylı filial

N.Gəncəvi adına şəhər 5 saylı filial
Tədbirlər
28 Fevral , 2020

2020-ci ilin fevral ayının 28-də Nizami Gəncəvi adına 5 №-li kitabxana filialı 21№-li uşaq bağçasında “Nənəmin nağılı” jurnalı əsasında nağıl saatı keçirdi. Nağıl saatının keçirilməsində 21 №-li uşaq bağçasının böyük qrupunun müəllimi İsmayılzadə Şölə xanım yaxından köməklik göstərdi. Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının müdiri Məsimova Reyhanə Sabir Məmmədzadənin “Nənəmin nağılı” jurnalını uşaqlara oxudu. Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının kitabxanaçısı Məmmədəliyeva Minivər “Xoruz”, 21№-li uşaq bağçasının böyük qrupunun müəllimi İsmayılzadə Şölə “Qarışqa və Göyərçin” nağıllarını oxudular. Sonra uşaqlar bildikləri nağılları söylədilər.21№-liuşaq bağçasında keçirdiyimiz nağıl saatı balaca körpələrin çox xoşuna gəldi.

Foto Qalereya