A.S.Puşkin adına şəhər 6 saylı filial

A.S.Puşkin adına şəhər 6 saylı filial
Tədbirlər
17 Yanvar , 2020

Şəki MKS-nin 6li kitabxana filialında Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar- Şərəf Tariximiz” adlı məlumat saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Vahabova Günel açdı. O, tədbir iştirakçılarını salamlayaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Ümumxalq Hüzn Günü ilə əlaqədar oxuculara ətraflı məlumat verilmişdir. Kitabxanamızın fəal oxucularından Cəfərov Cəfər, Eminov Emil, Əliyev Günay, Cumayeva Ramilə, Yusifli Sənan, Emilov Kamran, Qədirova Lalə, Abdullayeva Nuray, Seyfullayev Seymur şəhidlərə vətənə həsr olunmuş şeirlər söylədilər. 

Foto Qalereya