M.P Vaqif adına şəhər 7 saylı filial

M.P Vaqif adına şəhər 7 saylı filial
Tədbirlər
14 İyun , 2019

          15  İYUN  MİLLİ  QURTULUŞ  GÜNÜDÜR

14.06.2019-cu il tarixdə 7№li kitabxana filialında Milli Qurtuluş günü münasibətilə “15 İyun Milli Qurtuluş günüdür” mövzusunda mühazirə keçirildi.  Tədbiri giriş sözü ilə kitabxananın müdiri Lətafət Mustafayeva açdı.

Mühazirəçi Respublikamızın vətəndaşlarının hər il 15 iyun Milli Qurtuluş gününü təntənə ilə qeyd etmələrindən, bu gün bütün ictimaiyyətin haqlı olaraq  dərin iftixar və qürur hissi keçirməsindən danışdı.

Heydər yer üzünə

Tək gəldi, getdi.

Hələ sağlığında

Heykəli getdi

Millətin əlindən

Yapışdı bərk-bərk

Əzmi dahilərə

Diz çökdürərək

Dedi ki, tanıyın Azərbaycanı!

Yurduma bənzəyən bir torpaq hanı?

 

1993-cü il iyunun 9-da H.Əliyevi Naxçıvandan  Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin  nicat və qurtuluş yoluna çevirdi. Azərbaycan xalqının  Milli Qurtuluş günü Azərbaycan Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci ilin 15 iyununda bayram elan edilib.

Dövləti  olmayan  xalq  ölümə məhkumdur. Dövlətçilik xalqın “Olum ya ölüm” məsələsidir. Fikrimi dahi şəxsiyyət H.Əliyevin öz sözləri ilə yekunlaşdırmaq istərdim. Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı da xalqıma  qurban verməyə hazıram.

Tədbir iştirakçıları maraqlı çıəxışına görə  məruzəçiyə öz təşəkkürlərini bildirdilər. Tədbir çox  maraqlı və səmərəli keçdi. 

Foto Qalereya