M.P Vaqif adına şəhər 7 saylı filial

M.P Vaqif adına şəhər 7 saylı filial
Tədbirlər
25 Fevral , 2020

24.02.2020-ci il tarixdə 7№li kitabxana filialında  26 fevral Xocalı soyqrımın ildönümü ilə  əlaqədar “Xocalı-bu günün və gələcəyin harayı” mövzusunda  mühazirə  təşkil edildi. Mühazirəni giriş sözü ilə filialın müdiri Mustafayeva Lətafət açdı və  Xocalı qırğınının Azərbaycan xalqının yaddaşından heç vaxt sinilinməyəcəyindən danışdı.

XX əsr Azərbaycan xalqının həyatına, tarixinəən qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Xocalı qırğını XX əsrin sinəsində açdığı ən dərin qanlı şırımdır.

 

Töküldülər üstünə,

Quduz kimi, ac kimi,

Şumladılar yer kimi,

Qırdılar ağac kimi,

Dağıtdılar çöllərə

Əsir, yalavac kimi,

Səni qaldırammasam,

Başım üstə tac kimi ,

Tarixin yaddaşında,

Çətin qalxım,  ucalım,

Xocalım, ay Xocalım!

 

1992-ci il fevral ayınln 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqrımı tariximizin qanlı səhifəsi olaraq qan yaddaşımızda  iz buraxan səhifəyə çevrilib. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Xocalı soyqrımının dəhşətlərini anır, bu hadisəni dinindən, irqindən asılı olmayaraq ətrafdakı insanlara çatdırmağa çalışır. Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Tarix heç nəyi unutmur! Allah bütün şəhidlərə rəhmət etsin!

Məruzəçi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Tədbir çox səmərəli keçdi. 

Foto Qalereya