N.Nərimanov adına şəhər 8 saylı filial

N.Nərimanov adına şəhər 8 saylı filial
Tədbirlər
16 Yanvar , 2020

  16.01.2020-ci il  tarixdə   MKS –inin  N. Nərimanov  adına 8 N- li    kitabxana filialı   M. İsmayılov  adına  Diyarşünaslıq  evi  ilə  birgə 20 yanvar şəhidlərinin 30 – cu ildönümünə həsr olunmuş “ Od Vurdu Qəlbimə 20 Yanvar “ adlı anım günü keçirdi.

 Tədbir Dövlət himni ilə başladı.Sonra isə torpaqlarımızın azadlığı uğrunda öz canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri  giriş sözü ilə  kitabxanaçı Məmmədova Təranə açdı  və  mövzu haqqında məlumat verdi.”Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də heç vaxt unudulmur, yaddan çıxmır,nəsillərdən – nəsillərə ötürülür.Tariximizin, xalqımızın qan yaddaşına əbədi həkk olunan belə səhifələrdən biri də 1990-cı ilin 20 yanvarıdır. Həmin vaxtdan 30 il keçsə də xalqımıza qarşı törədilən faciə hələ də  xalqımızın yaddaşında qan ağlayır. 20 yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını ,Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Lakin həmin gecə şəhərin küçələrini qanla yusalarda öz istəklərinə çata bilmədilər. Xalqımız bu faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Buğünki Müstəqil Azərbaycan  vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun xatirəsinə ən böyük abidədir.”Tədbiri Dityarşünaslıq evinin müdiri Qarayeva Tahirə yekunlaşdırdı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Foto Qalereya