M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
7 Fevral , 2019

 “Balacalarımıza hədiyyə” adlı uşaq səhərciyi.

07.02.2019 – cu il tarixdə 12 № – li kitabxana filialının kollektivi 27 № - li  uşaq bağçasının qonağı oldular. Bu kollektivimizin bağçaya ilk gəlişi deyildi. Daha öncə də kitabxanaçılar balaca dostlara maraqlı cizgi filmi, nağıllarla qonaq gəlmişdilər.

Bu dəfə də 14 fevral kitab bağışlama günü münasibətilə “Balacalarımıza hədiyyə” adlı səhərcik təşkil etdilər. Kollektivimiz körpə fidanlara müxtəlif cizgi film qəhrəmanlarının rəsmlərindən ibarət “Özün rənglə” jurnalları hədiyyə edərək, balacaların böyük sevincinə səbəb oldular. Bu balaca dostlarımız üçün həm maraqlı, həm də əyləncəli idi. Daha sonra uşaqların maraq dairəsini nəzərə alaraq “Maşa və ayı”  cizgi filmi nümayiş etdirildi. Cizgi filminin əsas qəhrəmanlarından biri olan dəcəl Maşanın macəraları fidanlarımızın ürəyincə oldu.

Sonda kollektivimiz bağçada yaratdıqları şəraitə və diqqətə görə, bağça rəhbərliyinə dərin təşəkkürünü bildirmək əlaməti olaraq fidanlara oxunmaq üçün nağıl kitabçaları hədiyyə etdilər. Və əməkdaşlıqlarının davam edəcəyini bildirdilər.

Foto Qalereya