M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
22 Fevral , 2019

22.02.19 – cu il tarixdə 12 № - li kitabxanada “Əsrin faciəsi” adlı ədəbi – bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Q.Quluyeva açdı və onun təklifi ilə tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra çıxış üçün söz 1 № - li Peşə məktəbinin müəllimi Məsimova Mətanətə verildi. Mətanət müəllim çıxışında Xocalı faciəsi haqqında ürəkyanğısıyla danışdı.

 

Daha sonra bədii hissə başladı. Fəal oxuculardan olan Həbibova Aydan və Lətifova Günel müəyyən ssenari üzrə Xocalı haqqında mətn və şeirlər söylədilər. Tədbirin sonunda kitabxanaçıların öz ssenariləri əsasında hazırladıqları “Unutmayaq adlı” video – çarx nümayiş etdirildi. Video – çarxda bədii təxəyyüllə yanaşı Milli qəhrəman Çingiz Mustafayevin lentə aldığı ANS – in qızıl fondundan materiallardan istifadə edilmişdi. Tədbir çox səmərəli keçdi.

Foto Qalereya