M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
29 Mart , 2019

29.03.2019 – cu il tarixində MKS – in 12 № - li kitabxana filialı 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar 31 mart hadisələrindən bəhs edən sərgi və “Terrora yox deyək” adlı video çarx hazırlayıb, oxucuların nümayişinə verdi. Tədbiri açan 12 № - li kitabxananın müdiri Qumru Quluyeva soyqırım qurbanarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra çıxış üçün sözü məktəbin müəllimi Fərzəli Fərzəliyevə verdi. Fərzəli müəllim 31 mart hadisələri, o cümlədən, bu günə kimi davam edən erməni vandalizmi barədə ətraflı danışaraq, tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra “Terrora yox deyək” başlıqlı video – çarxa baxıldı və 31 mart şəhidləri, o cümlədən, erməni vəhşiliyinin bütün qurbanları anıldı. Tədbirin əsas məqsədi erməni daşnaklarının bütövlükdə türk xalqına qarşı törətdiyi etnik təmizləmə siyasətini gənc nəslə çatdırmaq və gələcəkdə də onların düşmənçiliklərini unutmamağa çağırmaqdan ibarət idi.

Foto Qalereya