M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
18 Mart , 2019

“Yurdumuza bahar gəlir”

18.03.2019 – cu il tarixdə 12 № - li kitabxana filialının işçiləri “Yurdumuza bahar gəlir” adlı bayram proqramı ilə 27 № - li uşaq bağçasının qonağı oldular. Kitabxanaçılar müəllim və uşaq kollektivini bayram münasibətilə təbrik etdilər. Balaca fidanlar yenidən kitabxanaçılarla görüşdükləri üçün, çox sevincli idilər. Daha sonra əyləncə saatı başladı. Kitabxanaçılar balaca dostlara Novzurun atributları olan Bahar qız, Keçəl, Kosa barəsində sual – cavab etdilər,Novruz bayramının xalqımızın ən qədim bayramlarından biri olduğunu qeyd edən kitabxanaçılar, uşaqların bu bayramda ən çox hansı adətləri sevdiklərini də soruşdular. Sonra uşaqlar Novruza, bahara aid şeirlər, mahnılar söylədilər. Kitabxanaçılar Novruza aid adət - ənənənələri özündə əks etdirən video – çarx və “Maşa və Ayı” cizgi filmi nümayiş etdirdilər. Daha sonra kitabxanaçıların uşaqlara hazırladıqları xonça süfrəsi ətrafında bayram şənliyi davam etdi. Bağçanın müəllimləri də kitabxanaçılara körpələrə sevinc bəxş etdikləri üçün təşəkkürlərini bildirdilər.

 

Foto Qalereya