M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
31 May , 2019

31.05.2019 – cu il tarixində 12 № - li kitabxana filialının kollektivi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şirin balalar” adlı əyləncəli nağıl saatı keçirmək məqsədilə 15 saylı uşaq bağçasının qonağı oldular. Kitabxanaçıların gəlişi balacalar üçün əsl sürpriz oldu.

Əvvəlcə kitabxanaçılar uşaqlara nağıl kitabçaları hədiyyə etdilər, həmin kitabçadan oxuduqları nağılları balacalar maraqla dinlədilər. Sonra balaca dostlara ən çox sevdikləri cizgi filmləri nümayiş etdirildi.

Daha sonra əyləncəli nağıl saatı başladı. Belə ki, uşaqların öz ifasında nağıl – tamaşa təşkil olundu və onlar sevdikləri nağıl personajlarını özləri yaratdılar, nəticədə çox maraqlı, həm də əyləncəli nağıl – tamaşa alındı.

Uşaqların ifasında “Şirin qoğal”, “Hiyləgər tülkü”, “Çəpgöz dovşan”, “Xeyirxah ayı” və b. nağıl qəhrəmanları uğurlu alındı. Bu uşaqların çox xoşuna gəldi. Əyləncəli nağıl saatının keçirilməsində köməklik etdiyi üçün başda baxçanın direktoru Nübar xanım olmaqla bağçanın kollektivinə dərin təşəkkür edərək, öz razılıqlarını ifadə edən kitabxanaçılar balacaların səmərəli vaxt keçirməkləri üçün belə tədbirlərin davamlı olacağından məmnun olacaqlarını ifadə etdilər.

Foto Qalereya