M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
16 Oktyabr , 2019

 

04.10.19 – cu il tarixində 12 № - li kitabxanada “Mayası sən oldun şah əsərlərin...” adlı ədəbi – bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbiri açıq elan edən 12 № - li kitabxananın  müdiri  Qumru Quluyeva   1 saylı  peşə  məktəbinin müəllimlərinin  timsalında  bütün Azərbaycan müəllimlərini təbrik etdi. Daha sonra müəllim gününə həsr olunmuş video – çarx nümayiş etdirildi. Kitabxanaçıların tərtib etdikləri ssenari əsasında tələbələr, müəllim zəhmətini tərənnüm edən şeirlər və “Müəllim nəsihəti” adlı səhnəciklə çıxış etdilər. Tədbirin sonunda məktəbin dərs hissə mudiri Leyla xanım Çərkəzova həmkarlarını təbrik edərək, kitabxanaçılara öz növbəsində təşəkkürünü bildirdi. Tədbir növbəti video – çarxla yekunlaşdırıldı.

 

 

Foto Qalereya