M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
1 Noyabr , 2019

01.11.2019 – cu il tarixdə MKS – in 12 № - li kitabxana filialı 15 № - li uşaq bağçasında “Uşaq Hüquqları Aylığı” münasibətilə “Birlikdə hüquqlarımızı öyrənək” mövzusunda diskussiya keçirdi. Tədbirdə 4 tərbiyəçi və 22 uşaq iştirak edirdi.

Kitabxanaçılar əvvəlcə uşaqlarla öz hüquqları haqqında sual – cavab keçirdilər. Məlum oldu ki, orta yaş qrupunun uşaqları öz hüquqları barədə müəyyən qədər məlumatlıdırlar. Sual – cavab əyləncə  şəklində  təşkil olunduğundan uşaqların marağına səbəb oldu. “Dünyanı uşaqlara verdik ki...” adlı slayd tədbirin rəngarəngliyinə səbəb oldu. Sonda həmişəki kimi cizgi filmləri nümayiş etdirildi.

Tədbir maraqlı və səmərəli keçdi.

Foto Qalereya