M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
17 Yanvar , 2020

17.01.2020 – ci il tarixdə 12 № - li kitabxana filialı 20 Yanvar hadisələrinin 30 illiyi ilə əlaqədar “Başın Sağ Olsun Vətən” adlı kompozisiya və “Unutmadıq, unutmarıq” adlı video – çarx hazırladı.

Tədbirdə ilk öncə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabxananın müdiri Q.Quluyeva çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz il ötür. Bu faciənin ağrı-acısı ilə yaşayan Azərbaycan xalqı 20 Yanvar gününü hər zaman böyük ehtiramla yad edir. Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. Bununla əlaqədar biz də faciə qurbanlarının xatirəsini ehtiramla anırıq.

Daha sonra bədii hissə başladı. 20 Yanvar matəm gününə hazırlanmış kompozisiyada gənc məktəblilər tariximizin qəhrəmanlıq səlnaməsini yazmış vətən övladlarının - şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər, bayatılarla çıxış etdilər.

Tədbir nikbin notlarla sonlandırıldı. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş video – çarx nümayiş olundu.

Foto Qalereya