M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
25 Dekabr , 2019

25.12. 2019 - cu il tarixdə 12 №- li kitabxana işçiləri 15 saylı uşaq bağçasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni ilin gəlməsi münasibətilə təşkil olunmuş "Xoş Gəlmisən Təzə İl" adlı yeni il şənliyinin qonağı oldular. Şənlik üçün bağça çox təntənəli bəzədilmişdi. Körpə, fidan balaların sevincinin həddi - hüdudu yox idi. Şənliyə  Maşa, Çəpgöz dovşan personajları və klounlar dəvət olunmuşdu. 

           Uşaqlar həvəslə nağıl personajları dostlarına şeir, nəğmə demək məharətlərini göstərirdilər. Şaxta babanın gəlişi isə uşaqlar üçün böyük töhfə oldu.

            Rəngarəng rəqslər, şən nəğmələr bir - birini əvəz edirdi. Bu gün balaca  dostlarımızın uzun zaman xatirindən silinməyəcəkdi.

           Tədbir çox əyləncəli keçdi.

Foto Qalereya