M.Quliyev adına şəhər 12 saylı filial

M.Quliyev adına şəhər 12 saylı filial
Tədbirlər
25 Fevral , 2020

26.02.2020 – ci il tarixdə 12 № - li  kitabxana filialı Xocalı soyqırımının 28 – ci ildönümü ilə əlaqədar  “Xocalı – unudulmayan tarix” adlı ədəbi – bədii kompozisiya keçirdi və “Unutmadıq” adlı video – çarx nümayiş etdirdi.

Tədbirə başlamazdan əvvəl tədbir iştirakçıları Xocalı şəhidlərini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə 1 № - li peşə məktəbinin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Xocalı hadisələrini əks etdirən “Unutmadıq” adlı video – çarxla başladı. Daha sonra şagirdlərin ifasında Xocalı hadisələrinə aid şeirlər səsləndi və Xocalı hadisələrini əks etdirən səhnəcik nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Şahin müəllim Xocalı soyqırımı haqqında məruzə ilə çıxış etdi və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Tədbir səmərəli keçdi. 

Foto Qalereya