Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
27 May , 2017

27 may 2017-ci il  tarixdə MKS-nin 15 saylı kitabxana filialında Respublika günü ilə əlaqədar olaraq ‘’Azərbaycan müstəqil bir dövlətdir’’adlı tədbir keçirildi.Tədbirdə oxucular,kitabxanaçılar və UYM-in  uşaq və müəllim kollektivi iştirak edirdi.Tədbiri giriş sözü ilə  kitabxananın müdiri   M.Məmmədova açdı: ’’1917 ci il Rusiyada baş vermiş Fevral İnqilabı nəticəsində Rusiya Çar İmperiyası devrildi.1918-ci il mayın28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və  ilk demokratik hüquqi və dünyəvi dövlət  nümunəsi idi.Azərbaycan müvəqqəti hökümətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi.Azərbaycan Demokratik  Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur.Həmin tarixi hadisə  4 iyun 1918-ci ildə baş  vermişdir.”

        Tədbirdə kitabxananın işçisi Z.Lətifova çıxış edərək bildirdi ki,: ’’1918 ci il 9 noyabr  tarixində  M.Ə.Rəsulzadənin təklifi  əsasında  Azərbaycan  Demokratik Respublikasının  üç rəngli  bayrağı qəbul  edilmişdir.  O  zamana  qədər  Azərbaycan Respublikasının bayrağı qırmızı  rəngdəydi.  Azərbaycan  Demokratik  Respublikası  gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə  cəmi 23 ay  fəaliyyət göstərə bildi.  Təəssüflər olsun  ki,müstəqil  Azərbaycan  Cümhuriyyəti iki  yaşına  dolmadan  bolşeviklərin hücumuna  məruz  qalıb müvəqqəti  olaraq  devrildi.   Azərbaycan  məcburi  surətdə  Sovetlər Birliyinin tərkibinə daxil edildi.Buna  baxmayaraq  istiqlal   ideyası yenilmədi və  1991-ci ildə  Sovet  İmperiyasının dağılması  ilə  Azərbaycan  yenidən  öz  müstəqilliyini  elan etdi.’’

           Tədbirin  sonunda  fəal  oxuculardan Ü.Bəşirzadə və  R.Süleymanov   Respublika gününə həsr edilmiş şerlər  söylədilər.

Foto Qalereya