Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
26 Mart , 2018

2018-ci  il  fevralın  26-sı  MKS-in 15  saylı  filialında  Xocalı  soyqırımına  aid “Qara bağlayan dastan”  tədbir  keçirildi.Tədbirdə  oxucular  ,  GUYM –nin  müəllim  kollektivi  və  kitabxanaçılar  iştirak  edirdi.Tədbiri  giriş  sözü  ilə  kitabxananın  müdiri  Məmmədova  Mətanət  açdı.’’1992 –ci il  fevralın 25-dən  26-sına  keçən  gecə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Rusiyanın  366  motoatıcısı  alayının  iştirakı ilə  Xocalı  şəhərini  işğal  etdi.Xocalı  Ermənistan  dəstələri  tərəfindən  zəbt  olunduqdan  sonra  orda olan  mülki əhali  deportasiya  olundu.Xocalıda  dinc   əhali  ,o cümlədən qadınlar  girov  kimi  tutuldu.Xocalıda  saxlanılan  sakinlərinə  qarşı  zorakılıq  tətbiq  edilmişdir.Xocalı  soyqırmı  nəticəsində  63-ü uşaq  ,106-sı qadın ,70-i  qoca və  qarı olmaqla  613 Xocalı  sakini  qətlə  yetirilib.’’

        Sonra  Z.Lətifova  çıxış  etdi’’Azərbaycanda Xocalı  soyqırmının  işıqlandırılması  əsasən  Azərbaycanın  Milli  Qəhrəmanı Çingiz  Mustafayevin  adı  ilə  əlaqələndirilir.

        Bu  hadisə  Azərbaycanda    ‘’Xocalı  soyqırımı’’və’’Xocalı  faciəsi’’kimi  digər   ölkələrdə  isə  ‘’Xocalı  qətliamı’’kimi  anılır.’’ 

        Bu  tədbirdə  GUYM-nin  direktoru  Əliyeva  Xalidə  çıxış  edərək  bildirdi  ki ‘’Xocali  faciəsi  hər  il  anılır  və  onu  dünyada  bir  qətliam  kimi  tanıtmaq  bizim  Azərbaycan  xalqının  borcudur.Xocalı  faciəsində  törədilən  hadisələr  unudulmayacaq  ’’Tədbirin  sonunda  oxuculardan  bir  neçəsi    şeir  söylədilər.

Foto Qalereya