Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
29 Mart , 2018

                                            31 mart  Soyqırımı.

       2018-ci il  martın  29-da MKS-in 15  saylı  kitabxana  filialında  31  Mart  soyqırım  günü  ilə  əlaqədar  “Faciə  və dəhşətli  bir gün”  adlı  tədbir  keçirildi. Tədbirdə  şagirdlər  və  kitabxanaçılar  iştirak  edirdi. Tədbiri  giriş sözü ilə M.Məmmədova  açdı. Mart  soyqırımı  1918 - ci il  30  mart və  3 aprel  tarixində  Bakı  şəhərində  erməni  silahlı  dəstələrin  azərbaycanlılara  qarşı  törətdikləri  qırğındır. Rəsmi  mənbələrə  əsasən  soyqırım nəticəsində  12  minə  yaxın azərbaycanlı  qətlə   yetirilmişdir. On  minlərlə  insan  itkin  düşmüşdür.  Kitabxananın  işçisi  Z.Lətifova  çıxış  edərək  bildirdi  ki, Azərbaycanın  Ümumilli lideri  Heydər  Əliyev  26  mart 1998-ci  il  tarixində  Sərəncam  ilə  31  Mart  “Azərbaycanlıların  Soyqırımı”  günü  kimi  qeyd  olunur. Bu  soyqırım  Azərbaycan  xalqı  üçün  XX  əsr  tarixinin  ən  faciəli  və  dəhşətli  səhifələrindəndir. Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə  yetirilmiş, kəndlər  yandırılmış, milli  mədəniyyət  abidələri  dağıdılmış  və  məhv  edilmişdir. Minlərlə  vətəndaş  şəhid  olmuş  və  xəsarət   almışdır. Tədbirdə  UYGM-nin direktoru  X.Əliyevada  çıxış  edirdi. Tədbirin  sonunda  oxuculardan  bir  neçəsi  şeirlər  söylədilər.

Foto Qalereya