Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
18 Yanvar , 2019

                    Şəhidlər  xiyabanı  və  qəhrəmanlar.

   

18  yanvar  2019 - ci  il  tarixində  MKS-in 15 nömrəli  kitabxana  filialında 20  Yanvar  faciəsi  günü  ilə  əlaqədar  tədbir  keçirilmişdir. Tədbirdə  kitabxanaçılar  və  şagirdlər  çıxış  edirdi. “Şəhidlər  xiyabanı  və  qəhrəmanlar” adlı  tədbiri giriş  sözü  ilə  M.Məmmədova  açdı. 1990-cı  il  20  yanvar  tarixində  Bakıda  faciə  törədilmişdir. Rusiya  İmperiyası torpaqlara  sürgün  etmiş  və  özünü  bir  düşmən  kimi  qələmə  vermişdir. Azərbaycan  xalqı  bu  faciəni  törədənlərin  qisasını  bir  gün alacaq. Qanlı  yanvar  hadisəsində  100-lərlə  adam  vəfat  etmişdir. Onların  qəbirləri  hal  hazırda şəhidlər  xiyabanındadır.

       Sonra  kitabxananın  işçisi  Z.Lətifova  çıxış  etmiş  və  bildirmişdir. Şəhidlər, müəllimlər  və  bir  çox insanlar  hər  il  Şəhidlər  xiyabanına  gedir  və  oraya  qərənfillər  qoyurlar. Bu  faciə  heç  zaman  unudulmayacaq və  düşmənləri  cəzalandırılacaq. Onlar  qəlbimizdə  yaşayacaqlar. Şəhidlər  ölməz. Sonda  şagirdlərdən  bir  neçəsi  G.Lətifova,   M.Lətifova, R.Süleymanova, V.Süleymanova   20  Yanvar  faciəsinə aid şeir  söylədilər. Tədbiri  MKS-in  15 nömrəli kitabxana  filialının  müdiri  M.Məmmədova  yekunlaşdırdı.

Foto Qalereya