Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
30 May , 2019

Uşaqlar  bizim gələcəyimizdir.

 

  30 may 2019-ci il  tarixində  MKS-in 15 nömrəli kitabxana filialında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar  bizim  gələcəyimizdir” başlıqlı  tədbir  keçirildi. Tədbirdə müəllim  kollektivi və  kitabxana işçiləri çıxış edirdi. Tədbiri  giriş sözü ilə kitabxananın  müdiri  Məmmədova  Mətanət  açdı. O, çıxış edib  bildirdi ki, Uşaq hüquqları və onların əxlaqı dünya  üzərindəki  universal anlayışın içində ələ  alınması lazım  olan bir  mövzudur. Uşaqların yeniyetmələrdən fərqli fiziki davranış  və  psixoloji xüsusiyyətləri  olduğu düşüncəsi  Genevrə Uşaq  Hüquqları  Bəyənnaməsi ilə  şəkillənmişdir.

Daha sonra 15 nömrəli kitabxana filialının işçisi Lətifova Zərifə çıxış etdi. O qeyd etdi ki, Uşaq Hüquqları Konvensiyası  54  maddədən ibarətdir. Bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır.

      Tədbirin sonunda oxuculardan  bir  neçəsi  şeirlər  söylədilər.

Foto Qalereya