Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
8 May , 2019

8  may 2019-ci  il tarixində  MKS-nin  15 nöməli kitabxana  filialında  9  may  Qələbə gününə  aid  “Qələbə  sevinci” adlı  tədbir  keçirildi. Tədbirdə  oxucular  və  kitabxanaçılar  iştirak  edirdi. Tədbiri  giriş  sözü  ilə  kitabxananın  müdiri M.Məmmədova   açdı. “Azərbaycanda  9  may  -faşizm  üzərində  Qələbə  Günü  qeyd  olunur. XX-ci  əsrin  İkinci  Dünya  müharibəsi   illəri  bəşəriyyət  üçün  ən  ağır  və  dəhşətli  dövr  olub. İkinci  Dünya müharibəsi  illərində  Azərbaycan  xalqı  həm  cəbhə bölgələrində , həm  də  arxa  cəbhədə  böyük  qəhrəmanlıq  və  igidlik  nümunələri   göstərib”.

        Kitabxananın  işçisi  Z.Lətifova  bildirdi  ki, “Müharibə  illərində  Azərbaycan  neftçiləri  ölkəyə  75  milyon  ton  neft, 22  milyon  ton  benzin  və  başqa  neft  məhsulları  veriblər. Bakı  nefti  faşizm  üzərində  qələbə  qazanılmasının  əsas   amillərindən  biri  oldu. İkinci  dünya  müharibəsi  Azərbaycan  xalqının  fədakar, qəhrəman  cəsarətli  olmasını  bir  daha  sübut  etdi.

         Sonra  sərgiyə  baxıldı. Tədbirin  sonunda oxuculardan  bir  neçəsi  şeirlər  söylədilər.

Foto Qalereya