Şəhər 15 sayli filial

Şəhər 15 sayli filial
Tədbirlər
3 May , 2019

2019-cu  il  2 may   tarixində  MKS-in  15  nömrəli  filialında “Cəfər Cabbarlı-120”  başlıqlı  tədbir  keçirildi. Tədbirdə  kitabxana  işçiləri, oxucular  və  Uşaq  Gənclər  Mərkəzinin  şagirdləri  iştirak  edirdi.

        Tədbiri  giriş  sözü  ilə  kitabxananın  müdiri  Məmmədova  Mətanət  açdı. O,  qeyd  etdi  ki, Cəfər  Cabbarlı  öz  əsərləri ilə  tanınmış  və  oxucular  onun  əsərlərini  cox  bəyənərək  oxuyurlar. İndi  kitabxanalarda  Cəfər  Cabbarlının  əsərlərinə  oxucular  hörmətlə  yanaşır, onu  oxumağı  çox    sevirlər.

         Sonra  kitabxana  filialının  işçisi  Z.Lətifova  tədbiri  yekunlaşdırdı. O,qeyd  etdi  ki,  Cəfər Cabbarlının əsərləri  öz  kitabxanamızda  var  və  oxucular  tez-tez  kitabxanaya  gəlir  Cəfər  Cabbarlının  əsərlərini  oxuyurlar. Sonra  onun  həyat  və   yaradıcılığı  haqqında  iştirakçılara  məlumat  verdi.

Foto Qalereya