Kiş kənd 16 sayli filial

Kiş kənd 16 sayli filial
Tədbirlər
10 May , 2019

10 may 2019-cu il tarixində Kiş kənd 16 nömrəli kitabxana filialı və 4 saylı tam orta məktəb ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar  “Sovet Azərbaycanını ucaldan rəhbər” başlıqda tədbir  keçirdi. Anım günü Azərbaycan Respublikasının himni ilə başladı və sonra məktəbin tarix müəllimi İ.Gülnar müəllim Əvəzsiz liderimiz olan Heydər Əliyevin Azərbaycan xalqı, doğma vətəni üçün etdiklərindən, fədakar işlərindən bəhs etdi. Sonra isə məktəbin fəal şagirdləri Heydər Əliyev haqqında yazılmış şeirləri söylədilər. Tədbirin gedişi zamanı H.Əliyev haqqında hazırlanmış video-slayt nümayiş etdirildi. Tədbirin sonunda  Ədəbiyyat müəllimi X.Mənsurə müəllim tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Tədbi çox maraqlı keçdi.

Foto Qalereya