Kiçik Dəhnə kənd 19 sayli filial

Kiçik Dəhnə kənd 19 sayli filial
Tədbirlər
21 Fevral , 2019

21.02.2019 tarixində Kiçik Dəhnə kitabxanasında Ana dili günü ilə əlaqədar olaraq “Ana dilim, şirin dilim” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə 19nömrəli kitabxana üzvləri A. Cabbarova, K.Sultanova, L.Abdullayeva və 1 saylı məktəbin şagirdlərindən 1 qrupu iştirak etdilər. Mühazirədə tarixin sınağından dolana-dolana bu günümüzə gəlib çatan Azərbaycan dili haqqında geniş məlumat verildi. Bütün dünyaya səpələnmiş Azərbaycanlıların ana dilinin qədim tarixə malik olması şagirdlərə çatdırıldı. Sonda şagirdlər Azərbaycan dilinə aid şeirlər söylədilər.

Foto Qalereya