Kiçik Dəhnə kənd 19 sayli filial

Kiçik Dəhnə kənd 19 sayli filial
Tədbirlər
8 Noyabr , 2019

Şəki MKS-nin 19 nömrəli kitabxanada Kiçik Dəhnə Diyarşünaslıq klubu ilə birlikdə Dövlət bayrağının təsis edilməsi ilə əlaqədar “Bayrağımız Qürurumuzdur” mövzusunda tədbir keçirildi.

         Tədbirdə bələdiyyə sədri Əlvida Calalov, icra nümayəndəsi Ayaz Əliyev,  kitabxanaçılardan Aybəniz Cabbarova, Lütviyyə Abdullayeva, 2 saylı məktəbin müəllimi Sevil Məmmədova, 2 saylı məktəbin şagird kollektivi və kənd əhalisi iştirak etdi.

         Tədbiri giriş sözü ilə Sevil Abbasova açdı. O Dövlət bayrağının təsis edilməsi haqqında məlumat verdi. Sonra 2 saylı məktəbin şagirdlərinin ifasında Ədəbi-bədii tədbir keçirildi. Tədbirdə vətənpərvərlik mövzusunda səhnəciklər, mahnılar və şerlər dinlənildi. Sonda sözü 2 saylı məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Adil Yusibova  verildi. O, da bayraq haqqında geniş məlumat verdi. Tədbir maraqlı keçdi.

Foto Qalereya