Kiçik Dəhnə kənd 19 sayli filial

Kiçik Dəhnə kənd 19 sayli filial
Tədbirlər
17 Oktyabr , 2019

Şəki MKS-nin 19 saylı kitabxanada Kiçik Dəhnə Diyarşünaslıq klubu ilə birlikdə Dövlət Müstəqillik günü ilə əlaqədar “Müstəqilliyimiz Əbədidir”

mövzusunda tədbir keçirildi. Tədbirdə İcra nümayəndəsinin sədri Ayaz, Əliyev Bələdiyyə sədri Əlvida Calalov, 2 saylı məktəbin direktor müavini Adil Yusibov, müəllimlərdən Gülşən Cabbarova, 1 saylı məktəbin müəllimi Yəhya Abbasov və 2 saylı orta məktəbin şagirdləri kənd əhalisi iştirak etdilər. Tədbir video ilə izlənildi. Tədbirdə Klub müdiri Sadiq Hüseyinov “Yaşa mənim xalqım”mahnısını ifa etdi. Sonra 2 saylı məktəbin şagirdləri Gülər, Arzu, Gülçöhrə, vətənə aid mahnılar səsləndirdilər. Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Foto Qalereya