Kiçik Dəhnə kənd 19 sayli filial

Kiçik Dəhnə kənd 19 sayli filial
Tədbirlər
25 Fevral , 2020

Şəki rayonu Kiçik Dəhnə kənd MKS-nin 19 saylı kitabxanasında Diyarşünaslıq klubu və 2 saylı orta məktəb ilə birlikdə 26.02.2020 ci il tarixində Xocalı Faciəsi ilə əlaqədar “Haray Xocalım” mövzusunda tədbir keçirildi.

Tədbirdə 2 saylı məktəbin müəllimləri Adil Yusibov, Vəfa İsmayılova, Gülşən Cabbarova,  Mətanət Bəkirova,  Sevil Talıbova klub işçiləri və şagird kollektivi iştirak etdi.

Tədbirə giriş sözü ilə Adil Yusibov açdı. O 1992 ci ildə Xocalıda baş verən hadisədən danışdı. Sonra tarix müəllimi Azadə Babayeva çıxış edərək Xocalıda baş verən qanlı-qadalı günlərdən və  Azərbaycanın milli qəhrəmanlarının göstərdiyi şücayətlərdən danışdı. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya keçirildi.

Foto Qalereya