Böyük Dəhnə Kənd 21 Sayli Filial

Böyük Dəhnə Kənd 21 Sayli Filial
Tədbirlər
17 Yanvar , 2020

Şəki  şəhər MKS-nin Böyük Dəhnə kənd 21 №li  kitabxana filialı ilə Böyük Dəhnə kənd orta məktəbi Şəhidlər xiyabanında Ümumxalq Hüzn Gününün 30 iliyi ilə əlaqədar “Köləlikdən Azadlığa Gedən Yolun Başlanğıcı” adlı anım günü keçirildi. Tədbiri giriş sözü ilə 2 saylı orta məktəbin tarix müəllimi Qocayeva Həcər açdı. Bütün Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həcər müəllim bildirdi ki, "Qanlı Yanvar"ın 30 ili tamam olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən hücum edilmişdir.Həmin gecə Azərbaycanın mərd oğul və qızları şəhidlik zirvəsinə ucalmışdır. Böyük Dəhnə kənd Bələdiyyə sədri Abdurrəhmanov Fərahim  bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq.  Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın erməni caynağından xilas edilməsi hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcuna çevrilməlidir. 2 və 1 saylı orta məktəbin şagirdlərinin ifasında 20 yanvar haqqında şəhidlərə həsr olunmuş şeirlər söylənildi.

 

Foto Qalereya