Şəki şəhər MKS-nin 23 №li kitabxana filialında 26.02.2020-ci il tarixdə Xocalı soyqırımı ilə əlaqədar “Xocalı susmayan yaddaş” adlı anım günü keçirildi. Tədbiri kitabxana filialının müdiri Hacər Əliyeva açdı. Xocalıda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O, tdəbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Sonra söz məktəbin direktoru Elşən müəllimə verildi. O, da öz çıxışında bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi qiymətləndirilən Xocalı faciəsində 613 nəfər həmyerlimiz qətlə yetirildi, 487 nəfər əlil oldu, 1275 nəfər isə girov götürüldüyünü tədbir iştirakçılarına çatdırdı. Məktəblilərdən Qaffarova Tangiz, Yusifova Şamama, Məmmədova Nəzrin öz növbələrində öz sözlərini şeirlə söylədilər.