Şəki Kənd 25 Sayli Filial

Şəki Kənd 25 Sayli Filial
Tədbirlər
26 Fevral , 2020

26.02.2020-ci il tarixdə Şəki şəhər MKS-nin 25li kitabxana filialı şəki kənd folklor evi ilə birlikdə Xocalı soyqırımının 28-ci ili ilə əlaqədar “Xocalı soyqırımı bəşəri cinayətdir” adlı tədbir keçirmişdir.  Tədbir Azərbaycanın himni ilə açıq elan edildi. Folklor evinin  müdiri R.Hüseynova, metodist İ.Rəsulov, kitabxananın müdiri F.Həsənova Xocalı soyqırımı ilə əlaqədar danışdılar. Xocalı faciəsini öz gözləri ilə görən müəllimə A.Xəlilova ermənilərin insanlara qarşı törətdikləri vəhşiliklərdən danışdı. Kitabxanaçı K.Atayeva da Xocalı faciəsi haqqında danışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündüən silinən şəhəri tərk edən 2500 xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca, və qarı olmaqla 613 nəfər xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv  edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı  itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulmuşdur. 7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub- şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi. Sonda məktəbli oxucularımız Xocalı soyqırımı haqqında şeirlər söylədilər. 

Foto Qalereya