Aran Kənd 26 Sayli Filial

Aran Kənd 26 Sayli Filial
Tədbirlər
10 May , 2018

Şəki  şəhər  MKS-inin  26 nömrəli Aran kənd kitabxana filialında “Dövlət və xalq üçün yaşayan lider” adlı mühazirə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri L.Bayramov açmışdır. O, Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə çıxış etmişdir. Sonra sözü məktəb direktoru Şahin  Məmmədova verdi. O da Heydər Əliyevin doğum günü münasibəti ilə öz ürək sözlərini dedi. Sonra şagirdlər və kitabxananın fəal oxucularından Xurşudova Zöhrə, Məsmə Yusifova, Aytən Məmmədova, Gülşən Kabulova, Xatirə Yusifova və başqaları şeirlər söylədilər. Sonda kitabxana filialının müdiri L.Bayramov tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Foto Qalereya