Cəyirli Kənd 33 Saylı Filial

Cəyirli Kənd 33 Saylı Filial
Tədbirlər
20 Dekabr , 2019

20.12.2019-cu il tarixdə Cəyirli kənd folklor klubunun, MKS-nin 33 saylı kitabxana filialının və tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyəatının görkəmli yazıçılarından olan İsmayıl Şıxlının 100 iliyinə həsr olunmuş “İsmayıl Şıxlı və Azərbaycan Ədəbiyyatı” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir. Gecədə folklor kubunun müdiri Zəkiyyə Abbasova, mədəni təşkilatçı şair Mürsəl Qorxmaz, MKS-nin 33 saylı kitabxana filialının müdiri Kəmalə Abbasova, kənd bələdiyyə sədri Mirvari Qarayeva, tam orta məktəbin direktoru Mürsəl Şirinov, ədəbiyyat müəlliməsi Pəri Mikayılova, tarix müəllimi Alim Əzizov, məktəbin şagird, müəllimkollektivi və digər ictimai təşkilatların nümayəndələri iştirak edirdilər.

  Tədbir başlamazdan əvvəl İsmayıl Şıxlının eyni adlı əsəri üzrə çəkilmiş “Dəli kür” filmindən videolentə alınmış mahnı səsləndirilmişdir. Tədbiri giriş sözüylə kən folklorm klubunun müdiri Zəkiyyə Abbasova açaraq İsmayıl Şıxlının ədəbi fəaliyyəti barədə məlumat verdi. Sonra söz bələdiyyə sədri Mirvari Qarayevaya verildi və o öz çıxışında ali məktəbdə ona dərs deyən İsmayıl Şıxlı haqqında xoş xatirələrindən danışdı. Tədbirin sonunda məktəbli Aidə Əsgərovanın, Xədicə Rəsulzadənin Səkinə Verdiyevanın və Aytən Xəlilovanın  ifasında “Dəli Kür” romanından parçalar səsləndirildi.

 

Foto Qalereya