Cəyirli Kənd 33 Saylı Filial

Cəyirli Kənd 33 Saylı Filial
Tədbirlər
25 Fevral , 2020

25.02.2020-cı il tarixdə Cəyirli kənd folklor klubunun, MKS-nin 33 saylı kitabxana filialının, Cəyirli kənd tam orta məktəbinin və Cəyirli kənd icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci il dönümünə həsr olunmuş “Xocalıya dəstək” mövzusunda anım günü keçirilmişdir. Anım günündə Cəyirli kənd folklor klubunun müdiri Zəkiyyə Abbasova, mədəni kütləvi təşkilatçı şair Mürsəl Qorxmaz, MKS-nin 33 saylı kitabxana filialının müdiri Kəmalə Abbasova, kənd icra nümayəndəsi Niyaz Şirinov, kənd bələdiyyə sədri Asim Talıbov, kənd tam orta məktəbinin direktoru Mürsəl Şirinov, şagird müəllim kollektivi və digər ictimai təşkilatların üzvləri iştirak edirdilər. Həmin tədbirdə 26 fevral Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Cəyirli kənd tam orta məktəbin direktoru Mürsəl Şirinov rus hərbi birləçmələri olan 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda törətdikləri soyqırımından, həmin şəhərin yerlə yeksan olunmasından, erməni cəlladlarının törətdikləri amansız vəhşiliklərdən, qanlı cinayətlərdən ürək ağrısı ilə danışdı. Tədbirdə çıxış edən digər ziyalılardan Zəkiyyə Abbasova, Niyaz Şirinov, Asim Talıbov və şair Mürsəl Qorxmaz bu faciəni törədənlərə özlərinin sonsuz nifrətlərini bildirdilər. Əllərində qırmızı qərənfillər tutmuş məktəblilər, ziyalılar, mədəniyyət işçiləri şəhidlər meydanına gedərək, qərənfil dəstələrini şəhid məzarlarının üzərinə qoydular. Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər, o cümlədən, şair Mürsəl Qorxmazın “Davam edir 37”, “Ağ birçək anam” və “Şəhidlər” şeirləri səsləndirildi. Tədbirin sonunda kəndin axundu Hacı İslam Şirinov şəhidlərin ruhuna dualar oxudu.

Foto Qalereya