Küdürlü Kənd 37 Saylı Filial

Küdürlü Kənd 37 Saylı Filial
Tədbirlər
17 Yanvar , 2020

Şəki MKS-nin 37 li kitabxana filialında 17 yanvar 2020-ci il tarixdə “Qanlı Yanvar” mövzusunda “Şəhidlər Ölməz, Onlar bizim Qürur Mənbəyimizdir” adlı mühazirə keçirilmişdir. Mühazirədə Küdürlü kənd 8 illik məktəbin müəllim kollektivi və fəal oxucular iştirak edirdilər. Mühazirəni məktəbin direktoru Çələbiyev Mehrabı müəllim açdı. Azərbaycanın himni səsləndirildi.Mehrabı müəllim 20 yanvar şəhidləri haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən şəhərə daxil olan sovet qoşun hissələri müstəqillik arzusu ilə küçələrə çıxan dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdular. Sonra söz məktəbin tarix müəlliməsi Jalə müəlliməyə verildi. O, da öz çıxışında şəhidlər haqqında geniş məlumat verdi. Sonra söz məktəbin dərs-hissə müdiri İmamova Məlahət xanıma verildi. Sonda fəal oxucuların ifasında səhnəcik, kompozisiya və şeirlər söylədilər. Fəal oxuculardan olan Ələddinzadə Səlma, Seyidov Osman-Ana fəryadı, Musayev Yusif-Vətən oğlu, Əhmədova Dünya-Şəhidlər, Şabanova Röyal-Ağla qərənfil ağla, Rəsulova Nəzrin-şəhidlər, Qurbanəliyeva Rəksanə-şəhidlər anası  şeirlərini söylədilər. 

Foto Qalereya