Çeşməli Kənd 39 Saylı Filial

Çeşməli Kənd 39 Saylı Filial
Tədbirlər
19 Mart , 2019

                                                                       “ELİMİZƏ BAHAR GƏLİR”.

19.03.2019 – cu il tarixində Çeşməli kəndində yerləşən MKS-in 39  nömrəli kitabxana filialı diyarşünaslıq klubu və məktəblə birlikdə Beynəlxalq  Novruz bayramı gününə həsr olunmuş “Elimizə bahar gəlir” mövzusunda ədəbi –bədii gecə keçrildi. Açılış üçün söz məktəbin direktoru Əhmədov Aqil müəllimə verildi. Aqil müəllim tədbirdə iştirak edən qonaqları, müəllimləri və şagirdləri salamladı. Onların bayramını təbrik etdi. Məktəbin V,  VII, X sinif şagirdləri bir-birindən gözəl rəqsləri şeirləri ilə çxış etdilər. Kosa ilə Keçəl tədbirə xususi rəng qatdılar. Bahar qızı Novruz sovqatını səhnəyə gətirdi. Şagirdlər Novruz müsabiqəsinə xüsusi hazırlıq etmişdirlər .Əyləncəli lotoreya oyunu oynanıldı.Bir sözlə tədbir  çox maraqlı və yadda qalan oldu. Sonda tonqal ətrafında yallı rəqsi ilə tədbir maraqlı anlarla başa çatdı.Tədbirdə 100 nəfərdən çox tamaşaçı iştirak edirdi.

Foto Qalereya