Çeşməli Kənd 39 Saylı Filial

Çeşməli Kənd 39 Saylı Filial
Tədbirlər
12 Dekabr , 2019

Çeşməli kənd diyarşünaslıq klubunda 12.12.2019-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-illiyinə  həsr olunmuş “Əvəzsiz Lider” adlı anım günü keçirildi.Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.Açılış üçün söz məktəbin direktoru Əhmədov Aqil müəllimə verildi. Aqil müəllim tədbirdə iştirak edən qonaqları salamladı və Ulu Öndəri  Bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Heydər Əliyevin həyat və yaradıcılığı haqqında  məruzəsi ilə çıxış etdi.VII,VIII,sinif  şagirdləri   Əsədova Nazlı,Yarıyeva Nərgiz, Məmmədli Ruslan,Mahmudov Selcan və başqaları ULU Öndər,Heydər baba, Azərbaycan,Vətənin İgid oğlu,serləri  ilə tamaşakıları heyran etdilər. Tədbirdə bilik yarışması oyunu da tədbiri daha da maraqlı etdi.Ulu Öndərin həyat və yaradclığına həsr olunmuş video çarx izlənildi. Tədbirdə məktəbin müəllim və şagirdləri  yaxından iştrak etdilər və tədbirdən razı qaldıqlarını bildirdilər.Bir sözlə tədbir maraqlı və yadda qalan anlarla başa çatdı.Sonda klub müdiri Paşayeva Səyalı tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirdi. 

Foto Qalereya