Çeşməli Kənd 39 Saylı Filial

Çeşməli Kənd 39 Saylı Filial
Tədbirlər
30 Dekabr , 2019

30.12.19-ci il tarixində Çeşməli kənd Diyarşünaslıq klubunda Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş”Hər Zaman Həmrəy Olaq”mövzusunda ədəbi-bədii gecə      keçirilmişdir. Tədbir çeşməli kənd tam orta məktəbi ilə birlikdə təşkil olunmuşdu.Tədbir ilk öncə Azərbaycan Dövlət himni ilə başlandı.Açılış üçün söz məktəbin direktoru Əhmədov Aqil müəllimə verildi.Aqil müəllim tədbirdə iştirak edənləri salamladı ,onların bayramını təbrik etdi.ıv-ü və-v- sinif şagirdləri  şerlər və mahnıları ilə  tədbirə rəng qatdılar. Yarıyeva Nərciz, Paşayeva Şəhanə, ƏsədovaNazlı , Musdafayeva Vüsalə şerləri ilə tamaşakıları heyran etdilər.Şaxta baba ilə qar qız tədbirə xususi gözəllik qatdılar.Gözəl rəqs nömrələri ilə balaca fidanlar tamaşaçıları heyran etdilər.Bir sözlə tədbir maraqlı və yadda qalan oldu.  şaxta baba uşaqları rəqsə dəvət etdi.Tədbirdə 100 nəfər iştrak etdi.Sonda klub müdiri Səyalı xanım tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirdi.

Foto Qalereya